Bu sahədə QHT-lərin yaradılması və fəaliyyəti qadağan edildi - Sərəncam

Bu sahədə QHT-lərin yaradılması və fəaliyyəti qadağan edildi -

Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1184-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

BakuPost-un məlumatına görə, dəyişikliyə əsasən qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilir:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.”.

Prezident İlham Əliyev, həmçinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1183-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır.”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...