“Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin

“Ailəm, nəslim təhqirə məruz qalır....” -

Ötən gün siyasi partiyaların iştirakıyla uzun illərdən sonra baş tutan müzakirə bir sıra maraqlı məqamlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, dəyirmi masada qarşılıqlı ittihamlar, ayrı-ayrı şəxslərə atmacalar atılıb. Belə atmacalardan biri də REAL TV-nin rəhbəri Mirşahin Ağayevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında baş verib. Belə ki, tədbirdə çıxış edən M. Ağayev Azərbaycana xaricdən aparılan kampaniyanın adını terror elan etdiyini vurğulayıb:

“Burada həm siyasi, həm də mənəvi terror var. Onun qurbanlarından biri kimi burada rahat danışa bilirəm. Mənim ailəmin, mənsub olduğum nəslin necə təhqir edildiyini bilirsiniz. Təəssüf edirəm ki, bizim mühacirlərin idealı da yoxdur. Onlar öndər olaraq akademik Cəlal Əliyevi seçiblər. Mən dövlət müstəqilliyinin tərəfindəyəm”. Bu zaman Sərdar Cəlaloğlu Ağayevin çıxışına müdaxilə edib. TV rəhbəri isə ondan sözünü kəsməməyini istəyib. “Siz sözümü yalnız o halda kəsə bilərsiniz ki, Qurban Məmmədovun sözünü kəsin”-deyə ona cavab verib. Bu zaman partiya sədri “Allah Cəlal Əliyevə rəhmət eləsin” ifadəsini işlədib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...