Yoxa çıxan "satirik şair" narkotik alverçisi imiş – FAKT

Yoxa çıxan "satirik şair" narkotik alverçisi imiş –


2015-ci il 12 oktyabrda sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində satirik şeirlər müəllifi Tofiq Həsənovun (daha çox Tofiq Həsənli adı ilə tanınır) yoxa çıxması barədə məlumatlar yazıldı, sonra isə onun polis tərəfindən həbs edildiyi xəbəri verildi.

Xüsusilə sosial şəbəkələrdə həbsin Tofiq Həsənovun yazdığı satirik şeirlərlə bağlı olduğu bildirilirdi.

Əldə etdiyimiz məlumatlara görə, əslində Tofiq Həsənovun həbsi onun qanunsuz olaraq narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olmaqda şübhəli bilinməsilə bağlıdır. Müəyyən edilib ki, polisə Lənkəran şəhər sakini Tofiq Həsənovun tiryəkin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan, 2015-ci il 12 oktyabrda onun üzərinə və çalışdığı “Vigoss Kigili” geyim mağazasına polis tərəfindən baxış keçirilib, ümumilikdə ona məxsus 90 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilib. Bundanm sonra və barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma və ya satma) ilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib.

İstintaqa verdiyi ifadəsində Tofiq Həsənov saxlandıqdan bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşından 100 qram tiryəki 600 manata aldığını etiraf edib. Qeyd edək ki, bu, Tofiq Həsənovun narkotik vasitələrə görə həbs edildiyi yeganə fakt deyil. Hələ 2005-ci il 15 sentyabrda o, yenə 234.4.3-cü maddə ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, narkomaniyadan məcburi müalicəyə də cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...