Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?

Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir -
Xırdalan dairəsinin yaxınlığında yerləşən "EvroHome" tikinti bazarı vergidən yayınır.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə bazarda yükdaşıma fəaliyyəti göstərən avtomobillərdən yığılan vəsaitlər vergidən yayındırılır.

Avtomobil sürücülərindən hər gün toplanan vəsaitlərin əvəzində bazar rəhbərliyi heç bir qəbz vermir.

Bazarda fəaliyyət göstərən avtomobillərin həcmindən asılı olaraq sürücülərdən hər gün 3-5 manat arası pul alınır. Bazarda yükdaşıma xidməti göstərən avtomobillərin ortalama sayının 40-60 civarında, aylıq toplanan vəsaitlərin isə 10 min manata yaxın olduğu deyilir.

Qeyd edək ki, "EvroHome" tikinti bazarının sahibi Azay Möhnətovdur.

A.Möhnətovun "EvroHome" adı altında Bakının bir neçə yerində tikinti bazarı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
76 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...