Eldar Mahmudovun oğlu rəhbəri olduğu holdinqin baş ofisinə gəlmir - FOTOLAR

Eldar Mahmudovun oğlu rəhbəri olduğu holdinqin baş ofisinə gəlmir -


Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən Eldar Mahmudovun oğlu Anar Mahmudovun da başı dərddədir. Keçmiş nazirin oğlu bir neçə gündür ki, şəhərin mərkəzindəki ofisinə gəlmir. Onun da fəaliyyətinin yoxlanıldığı haqda məlumatlar var.
Eldar Mahmudovun oğlu rəhbəri olduğu holdinqin baş ofisinə gəlmir -

Musavat.com xəbər verir ki, Anar Mahmudov atasının vəzifədən uzaqlaşdırılmasından sonra Bakının Yusif Səfər küçəsi 33 ünvanında yerləşən “Crystal Plaza”dakı ofisinə gəlmir. Plazada çalışan və adının açıqlanmasını istəməyən işçilərdən öyrəndiyimiz məlumata görə, Eldar Mahmudovun işdən çıxarılmasından sonra Anar Mahmudovla yanaşı, əvvəllər Plazaya gələn vəzifəli qonaqlar da “yoxa çıxıb”. Belə ki, Plazanın 11-ci mərtəbəsində yerləşən lüks restoran əvvəllər yüksək vəzifəli məmurların, iş adamlarının məkanı olub. Eldar Mahmudov və Anar Mahmudov bəzən öz qonaqlarını burada qəbul edirlərmiş.
Eldar Mahmudovun oğlu rəhbəri olduğu holdinqin baş ofisinə gəlmir -

Hazırda “Crystal Plaza” fəaliyyətini davam etdirir. Plazanın 11-ci mərtəbəsində restoranlar (“Salvador Dali” və “Lord” restoranları), digər mərtəbələrində isə otel və ofis yerləşir.

Eldar Mahmudova bağlı olan iri biznes qurumlarından biri olan “Caspian Crystal” holdinqin baş ofisi də Plazanın 9-cu mərtəbəsində yerləşir. Anar Mahmudov özünün rəhbəri olduğu holdinqin baş ofisinə tez-tez baş çəkirmiş. Lakin son hadisələrdən sonra o, ofisə gəlmir. Onun da fəaliyyətinin araşdırıldığı haqda məlumatlar var. Lakin hələlik nəhəng holdinqin baş ofisində heç bir yoxlama aparılmayıb.

Qeyd edək ki, “Caspian Crystal” holdinq Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir və holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.

Əlavə edək ki, “Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşmış böyük holdinqdir. Dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən butik - “Wine City”, lüks qədəhlərin istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distributorluğu, Avropanın ən yaxşı istehsalçılarından idxal edilən eksklüziv qida məhsullarının satışının həyata keçirildiyi “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazaları, “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi lüks restoranlar, “Range Rover”, “Jaquar”, “Maserati” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də holdinqin tərkibinə daxildir.
Eldar Mahmudovun oğlu rəhbəri olduğu holdinqin baş ofisinə gəlmir -

Xatırladaq ki, Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri də həbs ediliblər. Onlar barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla, sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin müvafiq qərarları əsasında barələrində həbs-qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...