MTN-nin həbs olunan əməkdaşları kimdir, İlqar Əliyev jurnalisti necə həbs etdirib - ARAŞDIRMA

MTN-nin həbs olunan əməkdaşları kimdir, İlqar Əliyev jurnalisti necə həbs etdirib -


Prezident İlham Əliyevin Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etməsi ölkədə gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Dövlət başçısının bu sərəncamı təkcə Azərbaycanda deyil, dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrində də işıqlandırılıb. İlham Əliyevin Eldar Mahmudovu vəzifəsindən azad etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.

Həbs olunan şəxslərin kimliyi də məlum olub, bunlar MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşı həbs olunanlar arasındadır.

Hafta.az araşdırma apararaq hər zaman mətbuatdan gizli qalmağa çalışan, adları çox az halda hallanan bu şəxslər haqda məlumatlar ələd edib.

Qurumun Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev 2013-cü il 17 sentyabr tarixində “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı təşkil etdiyi xüsusi əməliyyatla yadda qalıb. İlqar Əliyev və onun adamları jurnalistin evindən 10-a qədər əl qumbarası və tapanca aşkar etdiklərini bildiriblər. Məlumatda bildirilirdi ki, Pərviz Həşimli İran İslam Respublikasında silah gətirərək ölkədə satışı ilə məşğul olurmuş. Həmin dövürdə jurnalistin vəkili olmuş Elçin Sadıqovun sözlərinə görə, Pərvizə qarşı təşkil olunan bu təxribatlara İlqar Əliyev şəxsən rəhbərlik edib. O, Pərviz həbs olunmazdan bir neçə ay öncə jurnalistə zənglər edərək onu öz məqsədləri üçün istifadə etmək üçün tərəfdaşlığa cəlb etmək istəyirmiş. Qeyd edək ki, Hafta.az MTN əməkdaşlarının bir sıra mətbuat nümayəndələri ilə əmakdaşlıq etməsi barədə yazılar təqdim edib. Göründüyü kimi, qurumun həbs olunan üzvləri həqiqətən də jurnalistləri əməkdaşklığa cəlb etmək istəyirmiş, onlara tabe olmayanlar isə cəzalandırırılıb. İlqar Əliyevin daha bir cinayət əməli isə o, həbs olunduqdan sonra üzə çıxdı. Sahibkar Maqsud Mahmudovun sözlərinə görə, bu ilin 4 iyul tarixində onu MTN-ə çağırıblar və bildiriblər ki, 250 min azn pul ödəməsə İŞİD-çi kimi həbs edəcəklər. Daha sonra isə Mahmudovun Ukraynadakı biznesini araşdırıb və bildiriblər ki, əgər deyilən məbləği ödəməsə, qeyd olunan ölkədə biznes partnyoru olan qadınla münasibətləri olması haqda onun ailəsinə məlumat veriləcək. Maqsud Mahmudovun sözlərinə görə, təhdidlərdən sonra o, bir gecənin içində şəhərin mərkəzində qiyməti 700 min azn olan obyektini 290 minə satıb və onun 120 minini İlqar Əliyevə verərək həbs olunmaqdan yaxa qurtarıb.

Onun "Yeni Müsavat"a verdiyi video müsahibəni təqdim edirik:



MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev istintaq cəlb olunaraq vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Teymur Quliyev 1970-ci ildə Bakıda anadan olub. O, Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib.

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişir. O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilir. Lakin bu vəzifədə az işləyir və tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilb.

Nazirliyin həbs olunan və adı ən çox hallanan əməkdaşlarından biri də MTN Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətovadır.

MTN-nin həbs olunan əməkdaşları kimdir, İlqar Əliyev jurnalisti necə həbs etdirib -


Natəvan Mürvətova Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyi iləəlaqədar prezident İlham Əliyevin 2009-cu il 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib. 2013-cü ildə Natəvan Mürvətova “Vətən uğrunda” medalı ilə təltif olunub.
Azərbaycan tarixində ilk dəfə olaraq qadın general-mayor hərbi rütbəsi ilə təltif olunan Natəvan Mürvətova o vaxt Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışıb.

MTN –in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev və Qurumun Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev də vəzifə səlahiytlərini aşmaqda ittiham olunaraq həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...