"Yağışın fəsadları aradan qaldırılır" - BŞİH

"Yağışın fəsadları aradan qaldırılır" -

"Bu gün səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağıb. Bununla əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş verib, gölməçələr yaranıb. Yağışın fəsadları Azərsu ASC və şəhərin kommunal təsərrüfatı xidməti əməkdaşları tərəfindən aradan qaldırılır".

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, şəhərin kanalizasiya şəbəkəsi "Azərsu" ASC-nin balansında olduğundan qurumun mütəxəssisləri bu işlərə cəlb edilib: "Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və digər zəruri tədbirlər görülür. Eyni zamanda qeyd olunmalıdır ki, intensiv yagış zamanı digər ölkələrdə də oxşar hallar müşahidə olunur".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...