Badamdar yolu açıldı - FOTOLAR

Badamdar yolu açıldı -
Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidə avtomobillərin hərəkəti bərpa olunub.

APA-nın xəbərinə görə, bir müddət əvvəl Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolda baş verən sürüşmə nəticəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılmışdı.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, ərazidə aparılan işlərdən sonra son vəziyyət nəzərə alınaraq bağlanmış yollar açılıb və bu istiqamətlərdə avtomobillərin hərəkəti bərpa olunub.

Qeyd olunub ki, buna baxmayaraq həmin istiqamətlərdə ağır yük maşınlarının və əvvəllər həmin istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının hərəkəti hələ ki, təmin olunmayıb. Burada əsas məqsəd ərazidə yaşayan insanların rahat hərəkətini təmin etməkdir. Aparılan işlər tam yekunlaşdıqdan sonra yolun tam istismarı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Badamdar yolu açıldı -
Badamdar yolu açıldı -
Badamdar yolu açıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...