“General da olsa cəzalandırılacaq” Kəmaləddin Heydərov

“General da olsa cəzalandırılacaq”


“Mülki Müdafiə Qoşunları ilə bağlı tələbləri daha da sərtləşdirmişik. Bir əsgərin ölümü baş verib, bundan sonra tələblər bir daha sərtləşib”. “Hətta xırda nöqsana görə, general olsa belə, cəzalandırılacaq”

APA TV-nin məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.

KİM OLURSA-OLSUN...

"Əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Bu gənclər bizim ordu birləşmələrində vahid komandanlıq altında yaşayıb, xidmət edirlər. Komandanlıq heç bir ayrı-seçkilik etməməlidir, orda hamı bir ailənin üzvüdür. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi" - deyə o qeyd edib.

Nazir bildirib ki, burada əsgərin psixoloji durumunu cəbhə bölgəsindəkilərlə müqayisə etmək doğru deyil: "Buna görə bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...