Moskva vilayətində miqrantlar bu işlərlə məşğul ola bilməyəcək

Moskva vilayətində miqrantlar bu işlərlə məşğul ola bilməyəcək
Gələn ildən Rusiyanın Moskva vilayətində bəzi sahələrdə miqrantların işləməsinə məhdudiyyət qoyulacaq.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən məsələ Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun region və bələdiyyə rəhbərləri ilə görüşündə müzakirə edilib.

Moskva vilayəti hökumətinin sədr müavini Nataliya Maslenkinanın sözlərinə görə, regionda üç il ərzində ticarət sahəsində xarici işçi qüvvəsi ilə bağlı şikayətlərin sayı artıb. Bildirilib ki, hazırda vilayətdə spirtli içki və siqaret satışı ilə məşğul olan pərakəndə mağazalara xarici işçi qüvvəsinin cəlb edilməsində məhdudiyyətlər mövcuddur.

Maslenkina, bununla yanaşı, miqrantların küçələrdə yemək satışı, idman, məşğulluq, istirahət, səhiyyə, sosial xidmətlər və təhsil kimi sosial istiqamətlər üzrə işləməsini məhdudlaşdırmağı təklif edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
91 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...