İŞİD-ə zirehli gödəkcə aparan azərbaycanlı yaxalandı

İŞİD-ə zirehli gödəkcə aparan azərbaycanlı yaxalandı


İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gedən Azərbaycan vətəndaşı Ankarada Esenboğa hava limanında saxlanılıb.
Virtualaz.org saytı türk KİV-lərinə istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları Azərbaycandan gələn bir kişinin İŞİD-ə qoşulmaq niyyətində olmasına dair məlumat alandan sonra həmin şəxsi saxlayaraq üzərində axtarış aparıblar.

Türk polisi 49 yaşlı Bəkir Əliyevin yükünü də yoxlayıb. Onun çantasından 17 ədəd zirehli gödəkcə, dərmanlar, şprislər və digər tibbi ləvazimatlar çıxıb. B.Əliyev şübhəli şəxs qismində saxlanılıb. O, müəyyən hüquqi proseduralardan sonra Azərbaycana deportasiya ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...