“Rusiya və İran narahatlıqlarının yersiz olduğunu anlayacaq” – Ərdoğan
“İnanıram ki, Cənubi Qafqaz, inşallah, arzuladığı sülhə qovuşacaq. Mən o ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm”.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bunu Çin səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib.
O bildirib ki, Ağ Evdə imzalanan sənədlər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini sürətləndirib:
“Azərbaycan və Ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə dəf edib və son mərhələyə çatıblar. Mən Azərbaycan Prezidenti İlham Əliyevlə, sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla hərtərəfli görüş keçirdim. Hər iki görüşdə də gördüm ki, Əliyev də, Paşinyan da eyni mövqedədir. Eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığı yoxdur. İlham Əliyev bu məsələdə daha qətiyyətlidir. Onların ABŞ-dəki görüşləri bu məsələdə atacaqları addımlarda həlledici amil oldu. Sülhün bərqərar olması ilə bölgəmizdə quru və dəmir yolları fəallaşacaq, sərhəd qapıları açılacaq və bu, bir çox sahələrə, xüsusilə ticarətə müsbət təsir göstərəcək. Biz də çox güman ki, bundan müsbət təsirlənəcəyik. Region ölkələri də yeni əməkdaşlıq imkanlarından yararlanacaqlar. Rusiya və İran da narahatlıqlarının yersiz olduğunu gələcəkdə anlayacaqlar”.
39 dəfə oxundu