Obamanı öldürmək istəyən Özbəkistan vətəndaşı tutulub

Obamanı öldürmək istəyən Özbəkistan vətəndaşı tutulub


Nyu-Yorkda yaşayan Özbəkistan vətəndaşı Abdurasul Curabayev terrorçuylara görə müharibə aparmaq niyyətində olduğuna görə 15 il azadlıqdan məhrum edilə bilər.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, gənc özbək terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) simpatiyasını gizlətmir və məhkəmədə etiraf edib ki, ABŞ prezidenti Barak Obamanı öldürmək istəyib. “Aydındır ki, Abdurasul Curaboyev İŞİD-ə maddi dəstək vermək və Suriyada vuruşmaq istəyib, əgər bu planı yerinə yetirməsəydi onu bu təşkilata cəlb edənlərə saytlardan birində ya ABŞ prezidentini öldürəcəyini, ya da Koni-Aylenddə terror aktı törədəcəyini vəd edib”, - polis komissarı Uilyam Bratton bəyan edib.

Curaboyevlə birgə 19 yaşlı Axror Saydahmetov və 30 yaşlı Abror Qabibov da tutulublar. İstintaqdan verilən məlumata görə, onlar İŞİD-in sıralarına qoşulmaq üçün ABŞ-dan Türkiyəyə gedib Suriyaya keçməli idilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...