ABŞ Avstraliyadan İŞİD-i vurmasını xahiş etdi

ABŞ Avstraliyadan İŞİD-i vurmasını xahiş etdi


ABŞ hökuməti Avstraliyanın Vaşinqtondakı səfirliyinə müraciət edərək bu ölkdən İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirməsini xahiş edib.

Avropa.info xəbər verir ki, Avstraliyanın baş naziri Toni Ebbot jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib. Lakin İŞİD-ə qarşı əməliyyatlara qoşulmaq məsələsində ehtiyatlı olacağını bildirib: “Biz qərar verməkdə tələsməyəcəyik. Amma yaxın həftələrdə təklifi qəbul edə bilərik” Qeyd edək ki, F/A-18 Super Hornet təyyarəsi ilə İŞİD-ə qarşı koalisiyada yer alan Avstraliya Suriyaya hava zərbələri endirməyin hüquqi əsası olmadığı üçün bundan imtina etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...