İŞİD hər ay neftdən 50 milyon dollar gəlir əldə edir

İŞİD hər ay neftdən 50 milyon dollar gəlir əldə edir


İŞİD nəzarət etdiyi bölgələrdəki neftin satışından ayda 50 milyon dollar gəlir əldə edir. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq kəşfiyyatı məlumat yayıb. Agentlik bildirir ki, bu rəqəmlər Amerika mütəxəssislərindən alınan məlumatlarla üst-üstə düşür. Neftdən əldə edilən gəlirlər İŞİD silahlılarının fəaliyyətinin maliyyələşməsində başlıca mənbədir. Adı açıqlanmayan amerikalı rəsmi nümayəndə bu məsələ ilə əlaqədar Türkiyə də daxil olmaqla, region ölkələri ilə danışıqlar aparıldığını bildirib.

Alıcıları İŞİD neftinin ucuz qiymətləri cəlb edir. Xam neft 35, bəzən isə hətta 10 dollara satılır. İŞİD tərəfindən də təsdiq edilən məlumatlara görə, hazırda Suriyanın terrorçuların nəzarətində olan ərazisində 253 neft yatağı var ki, onların da 160-dan çoxu işlək vəziyyətdədir. Nəticədə təkcə Suriyada bir günlük neft hasilatı 30 min barel, İraqda isə gündə 10-20 min barel təşkil edir.

Əsas alıcıların türkiyəli qaçaqmalçılar olduğu bildirilir. İraq kəşfiyyatının məlumatına görə, neftin bir qismi İraqın kürdlərin nəzarətində olan regionlarına da satılır. Qarşı tərəfdən isə bu ittihamlar təkzib edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...