Rusiya mətbuatı: ““AST Telman“ın imperiyasından heç nə qalmayacaq“

Rusiya mətbuatı: ““AST Telman“ın imperiyasından heç nə qalmayacaq“


“Telman İsmayılova bağlı olan və onun qəyyumluq etdiyi şirkətlər “Bank VTB”dən 230 milyon dollar kredit götürüblər. Krediti geri almaq üçün məhkəməyə müraciət etməkdən başqa əlacımız qalmamışdı”

APA TV-nin məlumatına görə, bu fikirləri bankın mətbuat xidmətinin rəhbəri Vadim Suxoverxov “Vesti.ru”ya açıqlamasında deyib.

Məhkəmə artıq azərbaycanlı iş adamı Telman İsmayılovun əmlakına həbs qoyub. Həbs altına alınmış obyektlərin siyahısında çoxlu sayda daşınmaz əmlak, hər birinin ərazisi 3000 kvadratmetr olan evlər, 12 min sotluq torpaq əraziləri, yüksək və aşağı təzyiqli qaz kəmərləri var. Bu, yalnız “Bank VTB”nin iddiası əsasında üzərinə həbs qoyulan əmlakdır. Telman İsmayılov “Manqazeya-Çentr” şirkətinə də 100 milyon dollar borcludur və şirkət borclarının geri qaytarılmasını tələb edir. Şirkətin baş direktoru Sergey Yançukov Telman İsmayılovla bir neçə dəfə görüşsə də, danışıqlar nəticəsiz qalıb.

Yazıçı, iqtisadi elmlər doktoru Nikita Kriçevskinin fikrincə, tezliklə Telman İsmayılovun nəhənf imperiyasından heç nə qalmayacaq. Qeyd edək ki, milyarderə məxsus “Artıq “Praqa” restoranı da bağlanıb, Türkiyə bankları borcun müqabilində təkcə Mardan Palace otelini deyil, İsmayılovun evini də əlindən alıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...