Ukrayna üçün Azərbaycanın önəmi – Davosda qarşı tərəfin xahişi ilə baş tutan göruş - ŞƏRH
Bu günlərdə dünyanın diqqəti Davosa, Dünya İqtisadi Forumuna yönəlib. Hər il keçirilən Forum əsasən iqtisadi xarakter daşısa da, dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Dövlət başçısı kimi ilk dəfə 2007-ci ildə Foruma dəvət alan Prezident İlham Əliyev indiyə kimi əksər iclaslarda iştirak edib. Onun sayca 55-ci olan budəfəki Foruma da dəvət olunması Azərbaycanın günbəgün artan nüfuzundan xəbər verir.
Dövlət başçısı Forumda məhz qarşı tərəflərin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski ilə, o cümlədən bir çox beynəlxalq şirkətin rəhbərləri ilə görüşüb.
İlham Əliyev, həmçinin çoxmilyonluq izləyicisi olan Çinin "CGTN" (China Global Television Network) telekanalına müsahibə verərək ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.
Bütün bunlara görə Prezident İlham Əliyevin Davosda builki iştirakının da məhsuldar keçdiyini demək olar.
Azərbaycan liderinin Ukrayna prezidenti ilə görüşü zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Bəli, bu görüş məhz qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Çox güman ki, Ukrayna lideri ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir.
ABŞ-də yenidən hakimiyyətə gələn Donald Trampın Rusiya-Ukrayna müharibəsi məsələsinə mövqeyi bəllidir. Ağ evin rəhbəri dəfələrlə bəyan edib ki, iki ölkə arasında sülhün əldə olunması vacibdir. Halbuki əvvəlki Bayden administrasiyası buna qarşı çıxırdı. Ukrayna Prezidenti də bunu gözəl başa düşür və çıxış yolunu sülh danışıqlarında görür. Kompromis nə olacaq? Bu, açıq qalır.
Ehtimal var ki, Ukrayna lideri Azərbaycan Prezidentindən Rusiya ilə birbaşa danışıqlarda vasitəçi olmağı xahiş edib.
Ukrayna ilə Azərbaycanı tarixi, mədəni, iqtisadi və siyasi tellər bağlayır, ölkələrimiz arasında münasibətlər strateji həddə yüksəlib. Azərbaycan dəfələrlə beynəlxalq tribunalarda, Ermənistandan fərqli olaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməklə yanaşı, ona humanitar və hərtərəfli dəstək göstərib. Ukrayna Prezidenti V.Zelenskinin 2019-cu ildə Azərbaycana səfəri, Prezident İlham Əliyevin isə 2022-ci ildə müharibənin başlaması ərəfəsində Kiyevə səfəri baş tutub.
V.Zelenski də bir neçə il əvvəl Bakıda Azərbaycan Prezidenti ilə görüşündə xalqlarımızı dostuq əlaqələrinin birləşdirdiyini deyib. O qeyd edib ki, Ukrayna ilə Azərbaycanın münasibətləri zamanın sınağından çıxıb: “Münasibətlərimiz zamanın sınağından çıxıb. Müasir tarixin çətin məqamlarında, çox mürəkkəb anlarında həmişə bir-birimizə kömək olmuşuq. Deməli, Azərbaycan Ukrayna üçün etibarlı dost olub, bu gün də elədir və gələcəkdə də belə olacaq. Strateji tərəfdaş da olacağına şübhə etmirəm”.
Ukraynanın dövlət başçısı hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpası məsələsində bir-birini dəstəklədiyini vurğulayıb: “Bu istiqamətdə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çalışmalarımızı davam etdirəcəyik”.
Ukrayna dəfələrlə bəyan edib ki, Azərbaycanın humanitar yardımını, həmçinin ərazi bütövlüyü və suverenliyi məsələsində dəstəyini yüksək qiymətləndirir.
Bu günlərdə “Report”a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev də fikirlərimizi təsdiqləyib. Səfir bildirib ki, Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlər tarixi etimad və hörmətə əsaslanan əməkdaşlığın nümunəsidir. Azərbaycan Ukraynanın tamamilə dağılan İrpen şəhərinin bərpasına dəstək verib, bərpa-quruculuq işləri aparıb.
Ümumiyyətlə, Azərbaycan Ukraynada kimin hakimiyyətdə olmasına baxmayaraq, Kiyevlə əməkdaşlıq edib.
Rusiya ilə müharibəyə gəldikdə, Azərbaycan bu ölkənin ərazi bütövlüyü və suverenliyini müdafiə edib. İki ildən artıqdır ki, Ukrayna müharibə aparır, hər iki tərəfdən minlərlə insan həlak olub. Ən acınacaqlısı isə odur ki, Kiyevi bu müharibəyə sürükləyənlər ona vəd etdikləri irimiqyaslı dəstəyi, yardımı göstərmirlər. Ukrayna tərəfi artıq təəssüflə bunu dilə gətirməyə başlayıb.
Prezident Zelenskinin “ABŞ və bəzi Avropa müttəfiqləri Kiyevin iştirakı olmadan Ukraynanın taleyini həll edə bilər” etirafı da bu qəbildəndir.
“Biz bunun Ukraynanın arxasınca baş verməsini istəmirik. Mən həqiqətən də ABŞ-nin bunu etməyəcəyinə inanıram, baxmayaraq ki, bunun əvvəllər baş vermədiyinə əmin deyiləm. Burada mən təkcə ABŞ-dən deyil, bəzi avropalı tərəfdaşlardan da danışıram”, - Zelenski qeyd edib.
Ukrayna hakimiyyəti etiraf etməyə tələsməsə də, görünən odur ki, ölkənin bu vəziyyətə düşməsi və döyüş meydanına çevrilməsinin əsas səbəbkarlarından biri əvvəlki ABŞ administrasiyası - Bayden-Blinken cütlüyüdür. Davos forumunun gedişində Zelenskidə bu qənaət güclənib. Bir daha aydın oldu ki, Avropa sanki Ukraynadan əlini çəkərək bu ölkəni ədalətsiz sülhə yönləndirməyə çalışır. Ukrayna artıq bunu yaxşı başa düşür.
Görünən odur ki, Ukrayna üçün Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə atəşkəsə nail olunması istiqamətində çox mürəkkəb danışıqlar dövrü başlayır. Azərbaycanın da dost dövlətə sülh və əmin-amanlığın gəlməsinə ümidləri artıb.
Digər tərəfdən, Azərbaycan uğurlu beynəlxalq xarici siyasəti ilə öz torpaqlarında separatizmə son qoymaqla yanaşı, suverenliyini bərpa etməyə müvəffəq olub. Balanslı siyasət uğurlu idarəçiliyin nəticəsidir. Artıq qonşu Gürcüstan bu təcrübədən yararlanır və görünür, Ukrayna da bu yolla getməyə hazırlaşır. Çünki Avropanın Kiyevi ədalətsiz sülhə tərəf itələməsindən qurtulmağın başqa yolu görünmür.
72 dəfə oxundu