Pakistan Azərbaycana ət ixrac edəcək – Özümüzü ət ilə təmin edə bilmirik
Pakistanın Ticarətin İnkişafı İdarəsi (TDAP) ölkənin Azərbaycana ət ixracına rəsmi icazə əldə etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu qərar, Heyvanların Karantini Departamentinin Azərbaycanın baytarlıq və qida təhlükəsizliyi standartlarına tam uyğunlaşmasının nəticəsi kimi qiymətləndirilir.
TDAP-dan verilən məlumata görə, bu əlamətdar hadisədən sonra qurum Azərbaycan bazarına çıxış və genişlənmə strategiyalarını müzakirə etmək məqsədilə ət ixracatçıları və müvafiq dövlət qurumları ilə görüş keçirib.
İdarə 2025-ci ilin noyabrında Azərbaycanın paytaxtı Bakıya Pakistan ət ixracatçılarından ibarət nümayəndə heyəti göndərməyi planlaşdırır. Bununla yanaşı, Azərbaycan tərəfinin aparıcı idxalçı şirkətləri Pakistanda keçiriləcək Sərgidə iştiraka dəvət olunublar.
TDAP rəsmisi Ather Hussain Khokhar bildirib ki, əldə olunan bu uğur Pakistan ətinin yüksək keyfiyyətini və ölkənin “halal” məhsul istehsalında etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4% olub. Bu göstərici əvvəlki – 2023-cü illə müqayisədə 1,9 faiz bəndi az olub.
Belə ki, 2023-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 85,3% olub. Əvvəlki dövrlərdə də bu göstərici ötən ildəkindən yüksək olub. 2022-ci ildə ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 86%, 2021-ci ildə isə 86,4% olub.
Açıqlanan rəsmi məlumatlar onu göstərir ki, son 4 ildə ət və ət məhsullarına olan tələbatda idxalın payı artır.
82 dəfə oxundu