Stepanyan: “Erməni olduğuma görə özümdən çox utanıram”

Stepanyan: “Erməni olduğuma görə özümdən çox utanıram”

Ermənidən yanan bina etirafı

“Bakıda mayın 19-da baş vermiş və 15 həyatı söndürmüş faciə erməni cəmiyyətinin ümidsiz durumunu ortaya çıxardı. Etiraf etmək qorxulu olsa da, ancaq son iki gündə mən erməni olduğuma görə çox utanıram”.

Ans press-in məlumatına görə, bunu Masis Stepanyan adlı erməni “Armenian Report” portalına göndərdiyi məktubunda bildirib.

“Bakıda yüksək mərtəbəli yaşayış binasında yanğın barədə KİV-ə ilk məlumat daxil olan kimi sosial şəbəkələrin erməni seqmentində anlaşılmaz vakxanaliya başladı. Yüzlərlə, minlərlə erməni sevinirdi ki, düşmən dövlətdə 16 mərtəbəli bina yanır. İlk qurbanlar barədə məlumat gələndə eyforiya başladı. Təsəvvür edin, eyforiya Bakıda insanların həlak olması, körpə uşaqların diri-diri yanması ilə bağlı idi! Bu günlərdə ermənilər azərbaycanlılara hansı lənətləri yağdırmadılar. “Sizə belə lazımdır, boğulun öz mazut sultanlığınızda!”, - deyə bəziləri yazırdı.

Başqaları kompüter arxasında oturaraq “uzaqgörən” analizlər edirlər: “Nə qədər çox azərbaycanlı uşaq alovda yansa, Qarabağda bizim uşaqlara güllə atan əsgərlər daha az böyüyəcək”. Bu cür o qədər şərh vardı ki… Sizə mən nəyi subut edirəm? Öz tanışlarınızın, dostlarınızın, virtual frendlərinizin səhifəsini açın, ermənilərin Bakıda həlak olan insanların sayı barədə hər yeni xəbəri hansı sevinclə qarşıladığınızı görəcəksiniz”,- deyə Masis Stepanyan vurğulayıb.

Erməni oxucunun fikrincə, erməni cəmiyyəti üçün ən dəhşətli məsələ odur ki, siyasətçilər də sadə sosial şəbəkə istifadəçilərindən heç nə ilə fərqlənmirlər: “Heç bir erməni siyasətçinin - nə hakimiyyət yönümlü, nə də müxalifətçi siyasətçinin cürəti çatmadı ki, bizim xalqı ağıllı olmağa çağırsın”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...