Azərbaycanda uşaqlar arasında anemiya çoxalıb

Azərbaycanda uşaqlar arasında anemiya çoxalıb


Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə 20 302 uşağa ilk dəfə anemiya diaqnozu qoyularaq qeydiyyata götürülüb. 2014-cü ildə isə belə uşaqların sayı 24 769-a yüksəlib. Ölkədə yod çatışmazlığı diaqnozu ilə qeydə alınan uşaqların da sayında artım qeydə alınıb. 2013-cü ildə 176, 2014-cü ildə isə 409 uşağa ilk dəfə yod çatışmazlığı diaqnozu qoyulub. Ümumilikdə ötən il 731 (2013-cü ildə 733 uşaq) uşağa ilk dəfə boyatmanın ləngiməsi və zəiflik diaqnozu qoyulub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1017 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...