Nazirlik daha 7 rayonda müəllimləri imtahan edəcək: Onların da maaşı artacaq

Nazirlik daha 7 rayonda müəllimləri imtahan edəcək:


Bakı şəhərindən sonra Azərbaycanın daha 7 rayon və şəhərində müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparıla bilər”.

Bu sözləri Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. O qeyd edib ki, həmin şəhər və rayonlarla bağlı hökümətə müraciət olunub və müsbət cavab alınsa, yay ayı ərzində orada dərhal müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq.

“Keçən il Bakı şəhərində diqnostik qiymətləndirilmə keçirilən müəllimlərin əmək haqlarında kifayət qədər artım oldu. Artıq regionlarda da diaqnostik qiymətləndirilmənin keçirilməsi ilə bağlı iş aparılır və bununla bağlı hökümətə müraciət olunub. Müsbət cavab verilən kimi həmin rayonlarda diaqnostik qiymətləndirilmənin aparılması istiqamətinbdə işlərə başlanılacaq. Ümumiyyətlə, bütün respublika müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq, sadəcə bu, bir gündə deyil, mərhələli şəkildə həyata keçiriləcək. Həmin rayonların adları bəllidir, amma qərarın verilməsini gözləyirik. Ondan sonra hansı rayon və şəhərlərdə keçiriləcəyini demək mümkün ola bilər”.

İ.Nağıyev diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqlarının necə artırılacağını da açıqlayıb.

“Burada müəllimin dərs yükü və stajı böyük rol oynayır. Məsələn, Bakı şəhərində 18 ildən artlıq stajı olanlarda ən çox əmək haqqı artımı müşahidə edilib. Amma ali məktəbləri yeni bitirib işə başlayanların maaşında 15-20 faiz artım olacaq. Yəni əmək haqqının artımı staj, dərs yükündən asılı olaraq dəyişir. Fərmanda da qeyd edilib ki, dərs yükü 1,5 dəfə və ona müvafiq olaraq əmək haqqı da 2 dəfə arıtırlacaq. Dərs yükü 12 saatdan 18 saata qaldırıldı. Əmək haqqı isə 155 manat idi , 320 manat oldu. Orada konkret şəxsin əmək haqqısının iki dəfə artırılması yox, dərs yükü norması və ona müvafiq olaraq əmək haqqının qaldırılması qeyd edilib”.

İ.Nağıyev bildirib ki, diaqnostik qiymətləndirmə nazirliyə imkan verir ki, müəllimlərin hansı sahədə çatışmazlıqlaının olduğu müəyyən edilsin.

“Bu qiymətləndirmə imkan verir ki, müəyyən qədər aşağı nəticə göstərən müəllimlər üçün ixtisasartırma tədbirləri görək. Qiymətləndirmə attestasiya deyil ki, aşağı nəticə göstərələri işdən çıxaraq. Aşağı nəticə göstərən müəllimlər artıq ixtisasartırma kurslarına cəlb olunublar”.

İlham Nağıyev sınaq qiymətləndirmənin periodik olaraq keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

“Sınaq qiymətləndirmə diaqnostik yoxlamadır və bu da müntəzəm olmalıdır. Hər hansı müəllim üzərində işləyibsə və ya işləmiyibsə də bilinsin. Amma bu, bir ildən bir yox, müəyyən vaxt keçdikdən sonra olmalıdır. Amma onun periodik keçirilməsi planlaşdırılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...