“Neftçi” bəyanat yaydı- “Bunu pisləyirik”

“Neftçi” bəyanat yaydı- “Bunu pisləyirik”


“Neftçi” futbol klubu yeni bəyanat yayıb. “Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi Topaz Premyer Liqasının II turu çərçivəsində “İnter”lə keçirilən qarşılaşmadan sonra azarkeşlərlə bağlı yaranmış problemə aydınlıq gətirib.


Bəyanatda deyilir: “17.08.2015-ci il tarixdə Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilmiş “İnter” PİK – “Neftçi” PFK matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürünü bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti “Neftçi” PFK üçün çox vacibdi. Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olmuş və futbolçuların üstünə hücum çəkib. Futbolçulara qarşı nalayiq ifadələr işlətmiş bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməyib. Belə olan halda, “Neftçi” PFK-nın futbolçuları yalnız özlərini müdafiə etməyə çalışıblar. Həmin şəxs “İnter” PİK-in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə edib və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlədib.

“Neftçi” PFK olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq. “Neftçi” azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidi. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. “Neftçi” ailəsinin 12-ci üzvü azarkeşlərdi. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...