Əli Əhmədov: “YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”

Əli Əhmədov: “YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”


“Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Yeni Azərbaycan Partiyasından (YAP) APA-ya verilən məlumata görə, bunu partiyanın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Qəbələdə Şəki-Zaqatala bölgəsi üzrə Mərkəzi Seçki Qərargahının müşavirəsində deyib.

Ə. Əhmədov bildirib ki, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub: “Artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir”.

Müşavirədə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...