SOCAR TANAP-dan daha 7 faiz pay alır

SOCAR TANAP-dan daha 7 faiz pay alır


“SOCAR Turkey Enerji” şirkəti TANAP qaz boru kəməri səhmlərinin daha 7 faizini əldə etmək niyyətindədir. Trend-in verdiyi məlumata əsasən, bu barədə jurnalistlərə “SOCAR Turkey Enerji”nin prezidenti Kənan Yavuz deyib. Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan - Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək. Onu da xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın 30%, BP-nin 12% payı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...