"Cəbhədə baş verən bütün hadisələrdən xəbərimiz var" Müdafiə Nazirliyi

"Cəbhədə baş verən bütün hadisələrdən xəbərimiz var"


"Azərbaycanda hərbi sahədən yazan jurnalistlərimizin peşəkarlığının artırılmasına ehtiyac var". "Report" xəbər verie ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Müd­afiə Nazirliyi, Mətbuat­ Şurası və "Dinc Dünya" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən və eksterimal situasiyala­rda işləyən jurnalistlərin psixoloji hazırlığına və təcrübə öyrədilməsinə həsr olunan tədbirdə çıxış edən Ə.Amaşov bildirib ki, Bakı Dövlət Universitetinin nəznində hərbi jurnalistlər hazırlayan bölmə yaradılmalıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, ötən ilin avqustunda cəbhədə baş verən hadisələrlə bağlı jurnalistlərin bəziləri qeyri-obyektiv məlumatlar yayımlayıblar: "Biz həmin hadisələrdən sonra bu sahədən yazan jurnalistləri cəbhə bölgəsinə göndərdik. Bəzən jurnalistlər cəbhə bölgəsində baş verən hansısa hadisə ilə bağlı bizdən məlumatlı olub-olmadığımızı soruşurlar. Bizim cəbhədə baş verən bütün hadisələrdən xəbərimiz var. Sadəcə onun ictimaiyyətə necə çatdırılması rəhbərliyin razılığı əsasında mümkündür".

V.Dərgahlı bildirib ki, Müdafiə Nazirliyində akkreditasiyadan keçmiş jurnalistlərə tezliklə akkreditasiya kartları veriləcək: "Bu akkreditasiya bizim hansı jurnalistlərlə işləməyimizə şərait yaradacaq. Bəzən olur ki, bir mətbuat orqanından 3 ayrı jurnalist bizə eyni məsələyə görə müraciət edir". Nazirlik sözçüsü deyib ki, akkreditasiya zamanı jurnalistlərin hərbi xidmətdə olub-olmaması yoxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...