Yeni siyahının Konstitusiya Məhkəməsinə göndəriləcəyi vaxt açıqlandı

Yeni siyahının Konstitusiya Məhkəməsinə göndəriləcəyi vaxt açıqlandı


Mərkəzi Seçki Komissiyası (MSK) yeni seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək

Bu barədə MSK katibi Mikayıl Rəhimov Modern.az saytına bildirib. M.Rəhimov deyib ki, qanunvericiliyə görə, yeni seçilən deputatların siyahısı səsvermə günündən sonrakı 20 gün müddətində Konstitusiya Məhkəməsinə göndərilməlidir. MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...