İstanbuldan Bakıya uçuşlar dayandırıldı

İstanbuldan Bakıya uçuşlar dayandırıldı


Noyabrın 25-26 tarixlərində İstanbulun "Atatürk" hava limanından Bakıya yerinə yetirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.

APA THY-nin saytına istinadən xəbər verir ki, buna səbəb "Atatürk" hava limanında gözlənilən küləkli və qatı dumanlı hava şəraitinin olmasıdır. Məhz bu səbəbdən ümumilikdə 56 ölkədaxili və xarici aviareys təxirə salınıb. Təxirə salınan səfərlər içərisində bu gün və sabah Heydər Əliyev adına beynəlxalq hava limanına nəzərdə tutulan aviareyslər də var. a"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən (AZAL) isə "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədəki hava şəraiti ilə əlaqədar AZAL heç bir aviareysi təxirə salmayacaq: "Faktiki hava şəraitinə və hava proqnozuna əsasən, biz İstanbula olan reysi təxirə salmaq üçün heç bir əsas görmürük.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...