Səlim Müslümov məmurlardan nə tələb etdi?

Səlim Müslümov məmurlardan nə tələb etdi?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idarə, müəssisə və şirkət rəhbərlərinə müraciət edib. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Müraciətdə deyilir ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğu müstəsna hallarda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Bu zaman işçinin əmək məzuniyyətindən geri çağırılması əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.

Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir. Yaxud da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Həmçinin məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsinin birinci cümləsinə əsasən isə işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər.

İşçi məzuniyyətdən geri çağırılarkən ondan istifadə edilməyən məzuniyyət günlərinə görə məzuniyyət pulu tutulduğu halda işçiyə gələcəkdə müəyyən edilmiş vaxtda həmin məzuniyyət günləri verilərək məzuniyyət pulu yenidən hesablanıb ödənilir.
Nazirlik işəgötürənlərdən qanunun tələblərini yerinə yetirmələrini tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1051 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...