"İmzalanmağa hazır sülh müqaviləsi yoxdur" - Paşinyan

"İmzalanmağa hazır sülh müqaviləsi yoxdur" -
“İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur”.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda sülhün bağlanmasının mümkünlüyü barədə verilən sualı cavablandırarkən deyib.

O bildirib ki, Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb.
“Bu, sənədin dördüncü nəşridir, lakin hələlik heç bir cavab yoxdur”.

Ermənistan Xarici İşlər Nazirliyindən isə bildirib ki, Kişinyov danışıqlarının gündəliyinə İrəvan və Bakı arasında sülh sazişinin imzalanması daxil deyil.

“Təmasların normallaşdırılması və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişlə bağlı müzakirələr davam edir. Erməni tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq. Onların əlaqələndirilməsi iyunun 1-də Moldovanın paytaxtında, eləcə də Avropa Siyasi Birliyinin iclasından sonra davam etdiriləcək”, - məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...