Azərbaycan - Belçika oyununun hakimləri bəlli olub

Azərbaycan - Belçika oyununun hakimləri bəlli olub


Bakıda Azərbaycan və Belçika komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da gerçəkləşəcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...