“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa çağırıldı

“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa çağırıldı
Ötən həftə Mərkəzi Bankın qərarı ilə ləğv olunan “Muğan Bank” ASC -nin vəzifəli şəxsləri Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çağırılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Gununsesi.info saytı məlumat yayıb.

Bildirilib ki, “Muğan Bank”ın vəzifəli şəxsləri bu həftə ərzində adıçəkilən idarədə dindiriləcək.

Qeyd edək ki, “Muğan Bank” “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığı əsas gətirilərək ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...