"Azərişıq"da müəmmalı kadr təyinatı - İDDİA

"Azərişıq"da müəmmalı kadr təyinatı -
Ailənin bircə oğul övladının ölümünə səbəb ol, bircə qızını yetim qoy, sonrada gəl vəzifəyə...

“Azərişıq” ASC-nin Şimal Regional qurumunda yeni kadr təyinatı olub.

Müvafiq əmrlə Natiq Mustafayev idarədə məsul vəzifədə çalışacaq.

Gundeminfo.az-ın məlumatına görə, “Azərişıq” ASC 2019-cu ildə Qusarçay kəndi ərazisində təmir işləri icra edərkən martın 22-sində nəzarətçi mühəndis Əhməd Ağamovu cərəyan vuraraq öldürüb. Həmin vaxt Natiq Mustafayev Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi vəzifəsində çalışmış və elektrik xəttini gərginlikdən ayırmaq barədə göstəriş verməyi unutmuşdu.

Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 maddəsinə əsasən (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma), Natiq Mustafayevin təqsiri sübuta yetirilmiş, o, 3.6 il müddətində azadlıqdan məhrum edilmişdir.

Mənbə: Blogger Osman İmamov


"Azərişıq"da müəmmalı kadr təyinatı -
"Azərişıq"da müəmmalı kadr təyinatı -
"Azərişıq"da müəmmalı kadr təyinatı -
"Azərişıq"da müəmmalı kadr təyinatı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...