Prokurorluq İsmayıl Əhmədovla bağlı araşdırmaya başlayıb
Naxçıvanda ötən il fəaliyyətə başlamış “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədovun qanunsuz əməlləri ilə bağlı bir neçə şəxs və qurum muxtar respublika prokurorluğuna şikayət edib.
TNS-in əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda həmin müraciətlərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq, müvafiq qərar qəbul ediləcəkdir.
İsmayıl Əhmədovun qanunsuz əməlləri ilə bağlı dərc etdiyimiz yazılarda dəfələrlə vurğulamışıq ki, o, yüksək vəzifəli şəxslər tərəfindən himayə edilir.
Mənbəmizin məlumatına görə, obrazlı şəkildə Naxçıvanın xüsusi səlahiyyətli şəxsi adlandırdığımız İsmayıl Əhmədovu hansısa gerçək səlahiyyətli şəxs məsuliyyətdən yayındırmaq istəyir.
Bildirilir ki, muxtar respublika prokurorluğuna təqdim edilən faktlar cinayət işinin başlanmasına əsas verir.
Mənbəmiz deyir ki, əgər çoxlarının bildiyi qanunsuz əməllərdən sonra İsmayıl Əhmədov cəzalandırılmasa, Naxçıvan əhalisinin muxtar respublika prokurorluğuna inamı itəcək. Bu isə prokurorluğun imicinə ciddi zərbə olacaq.
Bu bir həqiqətdir ki, son bir ildə muxtar respublikanın prokurorluq orqanlarını vətəndaşlar üçün dövlətin etibarlı, ümid yeri olan qapısına çeviriblər. Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün Naxçıvanın prokurorluq orqanları artıq kiminsə diqtəsi ilə qərar qəbul etmir, Azərbaycan qanunları nə tələb edirsə, o cür davranır.
Qanunların aliliyinin, vətəndaşların hüquqlarının qoruduğu Naxçıvan Muxtar Respublikası Prokurorluğunda həm də cəsarətli qərarlar qəbul edilir.
Naxçvanın prokurorluq işçiləri sübut edir ki, heç kim qanundan üstün ola bilməz. Əlbəttə, bütün bu uğurlar ona görə qazanılır ki, indi Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyəti tamamilə şəffafdır, mərkəzdən belə tələb olunur. Amma ədalət naminə deməliyik ki, əgər kadr yerində olmasa, nə qanunların aliliyi qorunar, nə də mərkəzdən verilən tapşırıqlar doğru, düzgün icra edilər. Bu mənada Naxçıvanda qanunçuluğun möhkəmləndirilməsi, insanların hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarların cəzalandırılması üçün qətiyyətli qərarların qəbul edilməsində muxtar respublikanın prokuroru, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayevin xidmətlərini qeyd etməmək ədalətsizlik olardı.
Və biz inanırıq ki, Sənan Paşayev bu məsələdə də prinsipiallıq nümayiş etdirəcək, Naxçıvan MR Prokurorluğunun heç kimin diqtəsi ilə hərəkət etmədiyini bir daha sübuta yetirəcəkdir.
347 dəfə oxundu