Ölkəmizdə əmək haqqı nə qədər artıb - rəsmi olaraq açıqlanmasa da ...
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əmək haqqının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2% artdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Statistika Komitəsi orta aylıq nominal əmək haqqının artımı ilə bağlı məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsə də, ictimaiyyət üçün açıqlamayıb.
Hazırda Statistika Komitəsinin rəsmi veb-saytında orta aylıq nominal əmək haqqının artımı ilə bağlı məlumat mövcud deyil.
Komitənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi məlumatlar əsasında apardığımız hesablama göstərir ki, ötən ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 933 manat 40 qəpik olub. Belə ki, əvvəlki ilin eyni dövründə ölkədə orta aylıq əmək haqqı 839 manat 4 qəpik olub.
Onu da bildirək ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-noyabr 2023) müqayisədə 10 manat 30 qəpik artıb. Belə ki, ötən ilin yanvar-noyabr aylarında orta aylıq əmək haqqı 923 manat 10 qəpik olub.
Məlumat üçün bildirək ki, 2022-ci və 2023-cü illərdə ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:
2023-cü il
Yanvar – 856,2 manat
Yanvar-Fevral – 854,5 manat
Yanvar-Mart – 901,3 manat
Yanvar-Aprel – 913,9 manat
Yanvar-May – 916,8 manat
Yanvar-İyun – 921,9 manat
Yanvar-İyul– 925,3 manat
Yanvar-Avqust – 923 manat
Yanvar-Sentyabr – 919,8 manat
Yanvar-Oktyabr – 921,1 manat
Yanvar-Noyabr – 923,1 manat
Yanvar-Dekabr – 933,4 manat
2022-ci il
Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat
Yanvar-Avqust – 829 manat
Yanvar-Sentyabr – 827,4 manat
Yanvar-Oktyabr – 827,9 manat
Yanvar-Noyabr – 829,9 manat
Yanvar-Dekabr – 839,4 manat
263 dəfə oxundu