İsa Qəmbər deputat olmaq istəmir - namizədliyini irəli sürmədi

İsa Qəmbər deputat olmaq istəmir -
Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Gundeminfo.az xəbər verir ki, bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib.

O bildirib ki, Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb:

“Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...