İdman Kompleksinin direktoru haqda iddia

Araşdırma zamanı məlum oldu ki, obyektə sahib olan məmurlardan biri də Qəbələ rayon Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovdur.
Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramov Qəbələ şəhəri, T.Şirinov küçəsində obyekt tikdirib.
Ümumi sahəsi 150 kvadrat metrə yaxın olan obyektin hazırkı bazar qiyməti 200 min manata yaxındır.
Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovun obyekti hansı vəsaitlə inşa etdirməsi xeyli suallar yaradır.
Əldə etdiyimiz digər ilginc məlumatda isə Şahismayıl Bayramovun sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olduğu bildirilir.
Belə ki, Fazil Məmmədovun nazir işlədiyi dövrlərdə Şahismayıl Bayramov 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.
/AzFakt.com
94 dəfə oxundu