Avtotəmir sexinin sahibi Azərbaycan məhkəməsini saymır – XƏTAİDƏ ÖZBAŞINALIQ
Xətai rayonunda böyük bir məhəllənin giriş-çıxış yolunun üstündə avtotəmir sexi tikilməsi, yolun məhdudlaşdırılması barədə xəbər vermişdik.
Sexin 1 aylıq fəaliyyəti dövründə qarşısına yığılan, təmirə gətirilmiş nəqliyyat vasitələri məhəllədə yerləşən binalara, mənzillərə gediş-gəlişi iflic edib. Hətta məhəllə daxilindəki mənzillərdən birində baş verən yanğın zamanı əraziyə yanğınsöndürən texnikaların daxil olması əngəllənib, nəticədə mənzildə yanğın genişlənib, böyük bir sahəni əhatə edib.
Məhlədəki evlərdə, mənzillərdə yaşayan sakinlər gediş-gəliş yolunun məhdudlaşdırılmasına etiraz edirlər. Deyirlər ki, şikayət etmədikləri ünvan qalmayıb. Hətta məhkəmənin avtotəmir sexinin sökülməsinə belə məhəl qoyulmur.
Bütün bunlar Xətai rayonu, General Mehmandarov küçəsi 71 b ünvanında baş verib. Sakinlər şikayətlərinin nəticəsiz qaldığını, Xətai Rayon İcra Hakimiyyətində rəsmilərlə görüşün də bir nəticə vermədiyini görüncə, üz tutublar Xətai Rayon Məhkəməsinə. Kollektiv şikayətlərində avtotəmir sexinin sahibi Elmar Qasımovu cavabdeh göstəriblər. Xətai Rayon Məhkəməsi gediş-gəliş yolu bağlanmış sakinlərin şikayətini əsaslı hesab etməyib.
Buna görə də Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. Məhkəmə araşdırmaları zamanı üzə çıxıb ki, avtotəmir sexinin tikintisi tam qanunsuz olub, 26 kvadratmetr sahəyə sahiblik hüququ əsasında faktiki olaraq 250 kvadratmetr qanunsuz obyekt tikilib, yolda gediş-gəliş məhdudlaşıb. Bakı Apellyasiya Məhkəməsi sakinlərin şikayətini əsaslı sayıb, iş üzrə Xətai Rayon Məhkəməsinin 08.02.2024-cü il tarixli qətnaməsini ləğv edib.
Məhkəmə Xətai rayonu, General Mehmandarov küçəsi 71 b ünvanındakı 0,028040 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinin perimetri boyu metal konstruksiyalardan və digər inşaat materiallarından inşa edilmiş avtotəmir sexinin sahibi, iş üzrə cavabdeh Elmar Xanoğlan oğlu Qasımovun hesabına sökülməsi barədə qətnamə çıxarıb.
Cavabdeh tərəf Ali Məhkəməyə müraciət edib. İş hazırda araşdırma mərhələsində olsa da, sakinlər deyirlər ki, artıq cavabdeh tərəf avtotəmir sexinin açılışına hazırlıqlara başlayıb. Bakı Apellyasiya Məhkəməsinin avtotəmir sexinin sökülməsinə dair qətnaməsi heçə sayılır. Sakinlər baş verənlərdən narazıdırlar və Ali Məhkəmə sədri İnam Kərimova müraciət etməklə məsələni şəxsi nəzarətinə götürməsini xahiş edirlər.
Bildirirlər ki, Anar Əliyev yenidən obyektə bir neçə şəxslə girərək açılışa hazırlıq görür. Qonşular ona qanunsuz fəaliyyətinə son qoymağı tələb etsələr də, onlara Elmar Qasımovla imzaladığı bir etibarnamə göstərir. Elmar Qasımov tərəfindən verilmiş etibarnamədə avtotəmir sexi ilə bağlı bir söz belə yazılmayıb. Anar Əliyev isə narazı sakinlərə deyib ki, etibarnaməni oxumadan imzalayıb.
Şikayətçilər bildirirlər ki, yerli orqanlar qanunsuz tikilmiş avtotəmir sexinin fəaliyyətinə şərait yaradırlar! Bakı Apellyasiya Məhkəməsinin son qərarında avtotəmir sexinin Elmar Qaısmovun vəsaiti hesabına sökülməsi göstərişi verilib.
Lakin Elmar Qasımov avtotəmir sexinin sökülməsinə deyil, açılışına hazırlıq görür. Bu, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarına əhəmiyyət verilməməsidir. Azərbaycan Respublikasının müvafiq icra qurumları isə baş verənlərə hərəkətsizliklə “cavab” verirlər. (Musavat.com)
115 dəfə oxundu