“AQA Şirkətlər Qrupu” xeyli tələbəni aldadıb - ŞOK İDDİA

“AQA Şirkətlər Qrupu” xeyli tələbəni aldadıb -
“AQA Şirkətlər Qrupu” tələbələrə vəd etdiyi təqaüdü vermir.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.


Bildirilib ki, “AQA Şirkətlər Qrupu” ötən il tələbələr arasında “Dəmir Ay” adlı təqaüd üçün müsabiqə elan edib. Qalib gələn tələbələrə isə il boyunca hər ay 250 AZN təqaüd vəd edilib.

Ancaq aradan böyük müddət keçməsinə baxmayaraq şirkət tələbələrin təqaüdlərini ödəmir. Tələbələrə müxtəlif vədlər verilsə də, bu qədər vaxt ərzində yalnız 1 ay ödəniş edilib.

Tələbələr bu aylar ərzində öz narazılıqlarını bildirsələr də, şirkətdən heç bir cavab verilməyib.

Qeyd edək ki, “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu, şirkətin vitse-prezidenti Qafar Dəmirçi ötən ilin sonunda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi. İttihama görə, “plazalar kralı” kimi tanınan Q.Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.

Hadisədən sonra “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəmişdi. Dəmirçi 8 milyonluq ziyanı ödədiyi üçün barəsindəki həbs qərarı ləğv edilib.(Yenixeber.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...