Trampın impiçment olunması təklifi Konqresə təqdim edilib

Trampın impiçment olunması təklifi Konqresə təqdim edilib
ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına təqdim edilib.

"Report" “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Miçiqan ştatından olan konqresmen Şri Tanedar bildirib.

"Mən Prezident Trampın impiçmenti ilə bağlı maddələri təqdim etdim. Tramp Konstitusiyanı, Konqresi və məhkəmələri nəzərə almır, demokratiyanı təhlükə altına qoyur", - konqresmen yazıb.

Ş.Tanedar dəqiqləşdirib ki, Trampı bir sıra ciddi pozuntularda ittiham edən yeddi impiçment maddəsi təqdim edib.

İrəli sürülən ittihamlar arasında Kilmar Abreqo Qarsiyanın deportasiyası da var. Bu şəxs səhvən Salvadora göndərilib.

Ş.Tanedar, eyni zamanda D.Trampı Konqreslə razılaşdırmadan ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) vasitəsilə ayrı-ayrı dövlət qurumları üçün büdcə xərclərini qanunsuz azaltmaqda ittiham edir.

Tanedar impiçment üçün digər əsaslar arasında Trampın beynəlxalq iqtisadiyyata zərər vuran aqressiv tarif siyasətini, media üzərində təzyiqi, ABŞ Konstitusiyasının Birinci düzəlişinin (söz azadlığı təminatı) pozulmasını, rüşvətxorluğu, məhkəmələrin fəaliyyətinə müdaxiləni və vətəndaşların şəxsi məlumatlarının qanunsuz toplanmasını qeyd edib.

"Yeddinci maddə - səlahiyyətlərin aşılmasıdır. Tramp prezidentliyin konstitusion sərhədlərini pozmağa çalışır. Ölkəmizdə prezidentlər var, krallar yox. Bu sadəcə bir xəta deyil - bu, impiçmentə səbəb ola biləcək bir xətadır", - Ş.Tanedar vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...