Türkiyənin turizm gəlirləri 3 ayda 9,45 milyard dollar olub

Türkiyənin turizm gəlirləri 3 ayda 9,45 milyard dollar olub
Bu ilin ilk 3 ayı ərzində Türkiyəyə səfər edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 9 milyon 121 min 152 nəfər olub.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, turistlərin 2 milyon 219 min 38 nəfəri, yəni 24,3%-i xaricdə yaşayan Türkiyə vətəndaşları olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarını əhatə edən birinci rübdə Türkiyənin turizm gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 9 milyard 451 milyon 244 min dollar təşkil edib. Bu məbləğin 9 milyard 323 milyon 872 min dolları turistlərdən, 127 milyon 373 min dolları isə transfer sərnişinlərdən daxil olub. Turistlərdən əldə olunan gəlirin 23,6%-i ölkəyə səfər edən və xaricdə yaşayan Türkiyə vətəndaşların payına düşüb.
Onu da bildirək ki, eyni dövrdə xarici ölkələrə səfər edən Türkiyə vətəndaşlarının sayı isə 6% artaraq 2 milyon 596 min 225 nəfərə çatıb. Onların adambaşına düşən orta xərcləri isə 943 dollar olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...