Beytulla Hüseynovun kadrları təmizlənir - BTRİB-də gərginlik var

Beytulla Hüseynovun kadrları təmizlənir -


Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) geniş miqyaslı struktur dəyişiklikləri aparılır. Bu barədə Qaynar.info-ya sözügedən qurumdakı mənbələrdən məlum olub. İstehsalat Birtliyinin rəhbərliyi hələlik struktur dəyişikliklərinin istiqaməti və mahiyyəti barədə məlumat vermək istəmir. Amma dəyişikliklər başa çatdıqdan və təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə geniş açıqlama verilməsi nəzərdə tutulub. Hazırda BTRİB qurumun keçmiş rəhbəri Beytulla Hüseynova yaxınlığı ilə bilinən kadrlardan da təmizlənir. “Sonuncu dəfə - iki gün əvvəl qurumun baş direktorunun müavini Xankişi Kişiyev işdən azad edilib. O, Beytulla Hüseynovun “sağ əli” kimi tanınırdı. Sabiq rəhbərin adçəkilən İstehsalat Birliyindəki digər yaxın kadrları da tezliklə postları ilə vidalaşacaqlar. Onlardan bir nerçəsinə artıq öz istöəkləri ilə işdən azad olunmaqlarına dair ərizə ilə müraciət etmələri təklif olunub” deyə saytımıza verilən məlumatda bildirilir.

BTRİB-dəki struktur və kadr islahatlarının rabitıə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin birbaş anəzarəti altında aparıldığı və bütün addımların nazirlə birbaşa razılaşdırıldıqdan sonra atıldığı deyilir. Xatırladaq ki, ötən ilin oktyabrın 21-də BTRİB rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunub. O, həmin vaxtki rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Qeyd edək ki, KİV-də B.Hüseynovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohum olduğu bildirilirdi. Vəzifəsindən kənarlaşdırıldıqdan bir müddət sonra BTRİB-in sabiq rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Xatırladaq ki, BTRİB Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir. Qurum tam təsərrüfat hesablı və özünü maliyyələşdirmə prinsiplərinə əsaslanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...