"Sədərək" də arabaçılara kimlər zülm edir? FOTO

"Sədərək" də arabaçılara kimlər zülm edir?


Sədərək Ticarət Mərkəzində işləyən arabaçılar bizə ürək dağlayan məktub yollayıb. GUNDEMİNFO.AZ məktubu olduğu kimi təqdim edir:

“Mən Sədərək Ticarət Mərkəzində 2011-ci ildən araba sürürəm. Bura gələndən görmüşəm ki, Naxçıvandan olan bazaar rəhbərliyinin Məkan, Sənan və Fəxri adlı yaxınları araba işini idarə edirlər. İdarə edirlər deyəndə ki, bazar rəhbərliyi araba işinə görə bunlardan aylıq 25 min dolyasın alır, qalan pullar da bu adamlara qalır. O pullar ki biz onları zülmlə qazanırıq, bunlar isə qoçuluqla bizdən yığırlar.

Hər arabadan gündəlik 10 manat rüvşət alırlar. Dollar qalxandan sonra iş zəiflədi, buna görə gündəlik planı arababaşına 8 manata endirdilər. Bir şeyi də bilin ki bu arabalar bizim şəxsi arabalarımızdır. Belə olan halda bizdən yığılan pullar talançılıq deyil, nədir?

İnanın, şikayətimizi hara deyək bilmirik. Narazılıq kim edir, bunların əlləri uzundur polislə şərləyir, döydürür bizi. Hamı da ailəsinə görə 3-4 manat çörək pulu zülmündən susmağa məcbur qalıb.
Tək Sədərk deyil, bütün bazarlarda bu vəziyyətdir! Fəhnənin min bir əziyyətinə quldurlar şərik durub. Bir sözlə fəhlə əziyyətlə araba dartır, bunun qazancın isə azğın boynu yoğunlar yeyir.

Xahiş edirik, biz arabaçılara kömək edin. Artıq bezmişik, iş zəifləyib amma boynuyoğun azğınların iştahı zəifləməyib. Bizə kömək edin, unutmayın ki Peyğəmbər əfəndimiz fəhlənin əlini öpüb. Savab qazanın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...