Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın ləğv edilir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın ləğvi planlaşdırılır. Komitənin ləğvi ölkədə həyata keçirlən struktur islahatının tərkib hissə kimi nəzərdə tutulub. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən xəbər daxil olub.
Mənbənin məlumatına görə, komitənin funksiyaları Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bölüşdürüləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan prezidentinin 6 fevral 2006-cı il fərmanı ilə yaradılıb. Komitənin sədri Hicran Hüseynovadır.
Hicran Hüseyonovanın adı 170 min dollarlıq rüşvət qalmaqalında da hallanır. İddialara görə, 170 min ABŞ dolları komitənin keçmiş aparat rəhbəri Səfər İmanovun vasitəsi ilə Hicran Hüseynovaya verilib. Rüşvət icra başçısının müavini təyinatına görə verilib. İcra başçısının müavini olmaq üçün 170 min dolları verən şəxs isə Qubadlı rayon sakinidir, keçmiş biznesmendir və 45 yaşındadır. Hazırda bu məsələ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov komitədə olub. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.”Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib.”
Xatırladaq ki, bu barədə ilk məlumatları dia.az təqdim etmişdi. İndi isə aydın olur ki, artıq rəsmi dairələr növbəti "kəmərsıxma" prosesində qeyd olunan qurumu ləğv etmə qərarını icraya start verəcəklər.
1426 dəfə oxundu