Mirqasımov adına Respublika Klinik Xəstəxanasına MRT tələsi VİDEO

Mirqasımov adına Respublika Klinik Xəstəxanasına MRT tələsi


Xəstədən pul almaq məqsədilə , müayinəsini gecikdiriblər

Ölkəmizdə bir çox sahələrdə olduğu kimi , səhiyyə sahəsinə də dövlət tərəfindən xüsusi diqqət ayrılır . İstər paytaxtda istərsə də , bölgələrdə əhaliyə xidmət göstərən müasir xəstəxanalar inşa edilir. Lakin bütün bunlara baxmayaraq , təəssüf ki , bir çox səhiyyə ocaqlarında özbaşnalıq , rüşvət halları mövcuddur. Btv-yə üz tutan Cəlilabad rayon Göytəpə şəhər sakini Murad Hüseynovun narazılığı da məhz səhiyyə sahəsindəki sadaladığımız hallarla bağlıdır.

Şikayətçi ailə üzvünün səhhətində yaranan problemlə əlaqədar Masallı rayon Mərkəzi Xəstəxanasına üz tutub və orada müayinə olunduqdan sonra, Bakıya - Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına MRT müayinəsi üçün göndərilib . Orada isə xəstədən pul almaq məqsədilə, müayinəsini gecikdiriblər.

Sonda Murad Hüseynov BTV- vasitəsilə səhiyyyə naziri Oqtay Şirəliyevə səslənib.

Biz şikayətçinin iddialarına əsaslanaraq , MRT şöbəsinin rəhbəri Fəridə Orucova ilə əlaqə saxlamağa çalışdıq. Lakin 2 gün davam edən çoxsaylı zənglərimizə baxmayaraq, Fəridə xanımla əlaqə saxlayıb , məsələyə aydınlıq gətirə bilmədik. BTV olaraq , məsələdə adı hallanan MRT şöbəsinin və xəstəxananın digər səlahiyyətli nümayəndələrinin münasibətini işıqlandırmağa hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...