Goranboyda "zapravka"nı partlatmaq istəyən şəxs yaxalandı

Goranboyda "zapravka"nı partlatmaq istəyən şəxs yaxalandı


Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb.

Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində baş verib. Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə “VAZ-2107” markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib. Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...