Bərdədə maşın hərbi xidmətə hazırlaşan gənci vurub öldürdü

Bərdədə maşın hərbi xidmətə hazırlaşan gənci vurub öldürdü

Bərdə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 18 yaşlı Elvin Ələkbərovu Opel markalı minik avtomobili vurub.
Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra sürücü hadisə yerindən qaçsa da, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib. Qeyd edək ki, qəzada həyatını itirən gənc hərbi xidmətə çağırışçı kimi qeydiyyatdan keçib. O, bu ay hərbi xidmətə yola düşməli imiş.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...