Bakıda ağır yol qəzası iki körpə ilə birlikdə 5 yaralı

Bakıda ağır yol qəzası


Bakıda ağır yol qəzası qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Eldar Əsgərovun idarə etdiyi idarə etdiyi 10-UB-691 dövlət nömrə nişanlı, “VAZ 21099” markalı avtomobillə 1993-cü il təvəllüdlü Vüqar Nüsrət oğlu Hüseynovun idarə etdiyi 90-LK-518 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində V. Hüseynovun sərnişinləri - 1994-cü il təvəllüdlü İlahə Babayeva və bacısı 1996-cı il təvəllüdlü Aydan, Hicran Musayeva və qızları 2002-ci il təvəllüdlü Aytac, 2006-cı il təvəllüdlü Zəhra müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1213 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...