Polis rəisinin avtomobili sərnişin avtobusu ilə toqquşdu Bakıda

Polis rəisinin avtomobili sərnişin avtobusu ilə toqquşdu


Bakıda yol qəzası qeydə alınıb. APA-nın məlumatına görə, qəza Binəqədi rayonunun Cəfər Xəndan küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Azad Əhmədovun idarə etdiyi, 13 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Anar Şıxəliyevin idarə etdiyi 90-AP-982 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı xidməti avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...