Arvadını öldürüb yandıran şəxs məktəb direktorunun oğlu imiş...

Arvadını öldürüb yandıran şəxs məktəb direktorunun oğlu imiş...


Bakının Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva ilə bağlı yeni məlumatlar ortaya çıxıb

"Report"-un əldə etdiyi məlumata görə, N.Əliyeva Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızı olub. N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu - 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.

Sayt 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevaya müraciət edib. O, oğlunun tutulduğunu, lakin bu haqda danışmaq istəmədiyini bildirib. Xatırladaq ki, bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyələşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N. Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...