Ağstafada atışma

Ağstafada atışma


Ağstafada silahlı insident olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayon sakini Şadət Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 31-də rayonun “Ceyrançöl” adlanan ərazisində Dağkəsəmən kənd sakini İmran Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan “TOZ-16” markalı tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...